LAYİHƏLƏRİMİZ

Səməd Vurğun Layihəsi

Bu dəfə Sizə, təhfil verdiyimiz, detallara qədər düşünülmüş eleqant və şık layihəni təqdim edirik.
Mətbəxi üslub baxımından həmişə trenddə olan modern üsluba aid etmək olar. Sifarişçinin əsas istəyi şık görünüşə sahib olan, funksional və yüksək keyfiyyətli bir mətbəx mebelinə sahib olmaq idi. Mətbəxdə mebellərin hər bir predmeti düzgün seçilib, rəflərin yerləşməsinə qədər və onların açılma sisteminə qədər, bütün nüanslar diqqətlə düşünülüb. Layihənin hər bir elementi təyinatı üzrə istifadə olunur və konkret məişət yükü daşıyır: çəkməcələr, qab-qacaq üçün quraşdırılmış quruducular, qaldırıcı mexanizmlər, bütün bu elementlər sahib üçün praktiklik və rahatlıq yaradır.
Mətbəxin istehsalında, ənənəmizə sadiq qalaraq, yüksək keyfiyyətli materiallardan istifadə olunub. Belə ki, dolab hissələrin istehsalında membran, interyerə xüsusi gözəllik qatan penal hissədəki dekorativ rəflər üçün isə Avstriya istehsalı olan laminat materiallardan istifadə olunub. Dəzgahlıq və önlük hissəsi isə təbii mərmərdəndir.
 
Layihədə modern üslubda dizayn edilmiş eleqant, bir o qədər də funksional dəhliz dolabını təqdim edirik. Dolabın istehsalında MDF boya materialdan istifadə olunub.
Rənglərin ideal uzlaşması, güzgüyə quraşdırılan gizli frez işiqlar interyerə xüsusi şarm qatır.