LAYİHƏLƏRİMİZ

Səməd Vurğun Layihəsi

Bu gün sizə “Səməd Vurğun” da təhvil verdiyimiz layihəmizin şəkillərini bölüşəcəyik.
Dəhliz konsolu istifadə rahatlığı üçün basılaraq açılan mexanizmi ilə hazırlanıb. Konsolun materialı Avstriya istehsalı olan LDSP materialıdır, LDSP kodu H3133
Pufik Türkiyə istehsalı tekstil ilə üzlənib, ayaq hissəsi ağac materialdan hazırlanıb.
Mexanizm Alman firmalarına məxsusdur.

Mətbəx mebeli modern üslubda, vitrinimizdən olan “Natur” kolleksiyasına məxsus mebeldən ilhamlanaraq dizayn edilib. Məkandan maksimum istifadəni təmin etmək məqsədi ilə mebelin bir hissəsi divarın iç hissəsindəki sahəyə uyğun olaraq hazırlanmışdır.
Mətbəx mebelindəki fasadlar MDF mat boya və Avstriya istehsalı olan LDSP materialıdır. Rəng müştərimizin istəyi əsasında xüsusi olaraq hazırlanıb. LDSP kodu H3133
Dəzgahlıq və divar paneli akrilik süni daşdır. Furnitura və aksesuarlar (qaşıqlıq, tullantı qabı və s.) Alman firmalarına məxsusdur.
Mətbəxdə dizayn edilmiş masanın ayaqları metal toz boya, üstü isə Avstriya istehsalı olan LDSP materialındandır. Masanın üst hissəsindəki açıq rəflər Avstriya istehsalı olan LDSP-dir.

Qarderob geniş iç həcmi ilə otaqda maksimum rahatlığı təmin edir.
İçi siyirmələr Türkiyə istehsalı LDSP materialından hazırlanıb. Siyirmələrdə üst hissə mebelin görünüşünü tamamlamaq və zəriflik əlavə etmək üçün temperli şüşə kant ilə hazırlanmışdır.
Siyirmələrin üst hissəində olan aksessuarlıq mexanizmi və aksessuarlıq mexanizminin üst hissəsi inox rəng profil ilə çərçivələnmiş temperli şüşəli rəfdir.