Sea Breeze layihəmizin bütün ev mebellərinin fotolarını təqdim edirik:
Ümumilikdə layihədə funksionallıq və estetik yanaşma bir araya gətirilərək vahid və harmonik interyer konsepsiyası yaradılıb. Hər detal istifadə rahatlığı ilə yanaşı, məkanın ümumi üslubunu tamamlayacaq şəkildə xüsusi diqqətlə işlənib.
Əsas mətbəx mebelində Altair kolleksiyasının “Grafit Gray” və “White” rəngləri seçilərək müasir və balanslı rəng kompozisiyası əldə olunub. Dəzgah hissəsində isə Miracle Stone keramoqranit kolleksiyasına aid “Valeria Glossy” rəngindən istifadə edilərək həm parlaq estetik görünüş, həm də yüksək dayanıqlılıq təmin edilib.
Digər mətbəx mebelində isə dəzgah üçün Miracle Stone akrilik kolleksiyasının “Pinnacle Amber” rəngi seçilərək məkana isti tonlar və zərif kontrast qatılıb. Bu seçim ümumi dizayna daha canlı və cəlbedici görünüş bəxş edir.