LAYİHƏLƏRİMİZ

Sea Breeze Resort Layihəsi

“Sea Breeze Resort”a təhvil verdiyimiz layihəni təqdim edirik .

Təhvil verdiyimiz çarpayı yataq otağında yüngüllük, rahatlıq və istilik atmosferi yaradır. Çarpayının başlıq hissəsi şpon üzləmədir. Minimalist formalar və xəttlər, zərif və nəcib dizayn, həmçinin konstruksiyaların möhkəmliyi — bütün bunlar rahat yuxu və unikal interyer həllini təmin edir. Makiyaj masa və tumbaların istehsalında MDF boya materialından istifadə edilmişdir. Ağ rəng sahəni visual genişləndirir, məkana yüngül və zərif atmosfer qatır.

Otaq qapıların eleqantlığı qaçılmazdır. Bu qapılar lakonik və sadə formalar sayəsində zərif və nəfis görünür. Qapılar yüksək keyfiyyətli ağac, MDF və mat boyadan hazırlanıblar. Beləliklə, möhkəmlik və davamlılığa nail olunmuşdur. Buda orijinal görünüşünü itirmədən uzun müddət xidmət etməyə imkan yaradır. Qapılar ağ rəngdə dizayn edilib. Ağ rəng müasirliyin elementidir. Bu rəng sxemi romantizm və zəriflik ruhunu tamamlayır. Üst hissəsi isə qapıyla eyni tonda olan üzləmədir. Petlələrin gizli olması qapıya sadə görünüş verir. Magnit kilit sayəsində isə qapılar asanlıqla açıla və bağlana bilir.

Eyni zamanda, bu qapıların estetik funksiyası onların funksionallığına əsaslanır. Möhkəm, rahat və praktikdirlər. Onlara qulluq etmək asandır.

Gizli və ya adi, klassik və ya müasir – hər zövqə, interyerə uyğun qapıları “German Studio”dan əldə edin.

Təhvil verdiyimiz TV stend zərif və ecazkardır. Genişliyi isə istirahət zamanı film və verilişlərin rahat baxılmasını təmin edir. Açıq bölmərdə əşya və aksesuarlar yerləşdirilə bilər. “İsti” LED işıqlandırma isə TV stendə xüsusi xoşahənglik qatır. Mat qara rəng və ağac dekorlarının birləşməsi TV stendi çox şık edir. Mebelin istehsalında MDF boya və MDF şpon materiallarından istifadə edilmişdir.

Lakonik və eyni zamanda eleqant dizayn sayəsində TV stend evin ümumi interyerinə ideal uzlaşaraq sahəyə zərifliyin notunu əlavə etmiş oldu.

Qarderob mebeli ilk növbədə funksionallığı ilə fərqlənməlidir. Buna düzgün tərtibat və alman mexanimzlər sayəsində nail olunmuşdur. Belə ki, hər bir əşya öz yerində olacaq, səhə səliqəli və gözəl görünüş əldə etmiş olur. Qarderob mebelin istehsalında Avstriyanın “Egger” və İspaniyanın “Alvik” şirkətlərinə məxsus materiallardan istifadə edilmişdir.

Kompakt və lakonik olan studio mətbəx mebeli əsl zəriflik nümünəsidir. Rəng çalarların möhtəşəm uzlaşması, daxili işıqlandırma və mat səth. Bunlar hamısı mətbəxə eleqant görünüş qatmış oldu.

Mətbəx müasir üslubda dizayn edilib. Mətbəxin planlaması erqonomika prinsiplərinə uyğun olaraq hazırlanmışdır.

Studio mətbəx planlaşdırması aktual həllərdən hesab edilir. Bu cür dizayn həlli sahəyə genişlik, “azadlıq” və yüngüllük qatır. Təhvil verdiyimiz studio mətbəx mebeli arkalı zala keçid edir. Bu da evin ümumi interyerini ahəngdar şəkildə tamamlayır.

Mətbəx Alman markası “Hettich”in etibarlı furnitura və saxlama sistemləri ilə təchiz edilmişdir. İstifadə olunan material MDF boyadır. Dəzgahlıq hissəsində istifadə edilmiş mərmər gündəlik istifadədə rahatdır: təmizlənməsi asan, cızıqlara davamlı, zərərsiz və gigiyenikdir.

Zərifliyi ilə fərqlənən quraşdırılmış dolab yataq otağı üçün ən optimal hesab edilir. Belə ki, əlavə yer tələb etmədən saxlama problemini ideal həll edir. Bundan əlavə belə bir tərtibat interyerə sadə və eyni zamanda eleqant görünüş verir. Quraşdırılmış güzgü isə estetik gözəllikdən əlavə məkanı vizual geniş göstərir. Dolabın ağ rəngdə dizayn edilməsi sayəhə rahatlıq və “istiliyin” ab-havasını qatmış oldu. Qara detallar isə ağ interyerə xüsusi nəcibliyi qatır.

Evin giriş hissəsində quraşdırılmış dresuar praktik və sadədir. Dresuar koridorda xüsusi bir atmosfer yaradır. Gizli işıqlı güzgü isə zərif bir mühit yaradır. Dresuarın rəngi divar üzləmələ harmonik şəkildə uyğun gəlir. Üzləmə interyer dizaynda aktual olan bir həlldir. Bu cür tərtibat estetik baxımdan qüsursuz hesab edilir və interyerə dəbli, müasir görünüş qatır.

Ümumiyyətlə, interyerdə hər bir detal bir-biri ilə ideal uzlaşır. Bu da vahid və ahəngdar görünüş verir. Buna, düşünülmüş tərtibat və detallara verilmiş diqqət sayəsində nail olunmuşdur.

Müasir və eleqant, məhz Sizin üçün istehsal edilən unikal bir mebeli əldə etmək istəyirsinizsə Sizi “German Studio”da gözləyirik!