LAYİHƏLƏRİMİZ

Sea Breeze Layihə

“Sea Breeze” layihəmizin fotolarını sizə təqdim edirik.

Bu layihədə mətbəx parallel planlama prinsipi əsasında dizayn olunub. İş zonalarının düzgün yerləşdirilməsi gündəlik istifadəni maksimum rahatlaşdırır, hərəkət axınını optimallaşdırır və mətbəxə həm funksional, həm də estetik bütövlük qazandırır.

Məkanın mərkəzində yerləşən ada, layihənin əsas dizayn elementidir. Ada ilə birləşdirilmiş masa ailə üzvlərinin gündəlik istifadəsi, səhər yeməkləri üçün rahat məkan yaradır. Ada yalnız vizual vurğu deyil, eyni zamanda mətbəxin ən funksional hissəsinə çevrilir.

İş səthinin vizual təmizliyini qorumaq üçün elektrik yuvaları dəzgahın daxilinə inteqrasiya edilib. Ehtiyac olduqda rahat şəkildə istifadə olunan, istifadə edilmədikdə isə tam gizlənən bu həll həm təhlükəsizlik, həm də minimalist görünüş baxımından üstünlük yaradır.

Bu layihədə üst dolablardan istifadə edilməyib. Açıq və nəfəsalan məkan hissi yaratmaq məqsədilə divar səthi maksimum təmiz saxlanılıb

Divar daxilində yerləşdirilmiş ərzaq saxlama sistemi geniş daxili həcmi ilə seçilir. Daxildə quraşdırılmış LED işıqlandırma isə bütün bölmələrin aydın görünməsini təmin edir, istifadəni daha rahat və komfortlu edir.

Layihədə istifadə olunan “Miracle Stone” – “Palermo Matte” keramoqranit təbii daş estetikasını müasir texnologiya ilə birləşdirir. Mat səthi zərif və eleqant görünüş yaradır, eyni zamanda cızıqlara, istiliyə, nəmə və gündəlik istifadəyə qarşı yüksək davamlılığı ilə uzunömürlü performans təqdim edir.

Ağıllı planlama və yüksək keyfiyyətli materialların vəhdətidir. Hər detal istifadə rahatlığını artırmaq, geniş saxlama imkanları yaratmaq və müasir yaşam tərzinə uyğun, funksional bir mətbəx formalaşdırmaq məqsədi ilə düşünülərək hazırlanıb.

Divar daxilində yerləşən “Coffee Zone-Pocket Door” sistemi mətbəxdə həm estetik görünüş, həm də maksimum funksionallıq təqdim edir. Qapılar açıldıqda qəhvə hazırlamaq üçün lazım olan bütün avadanlıq və aksesuarlar rahat şəkildə əlçatan olur, istifadə bitdikdən sonra isə “Pocket Door” mexanizmi sayəsində qapılar tam açılaraq yan hissədə gizlənir və ya bağlanaraq məkana səliqəli, minimalist görünüş qaytarır.

Bu layihədə seçilən tünd rəng tonları interyerə dərinlik, zəriflik və premium xarakter bəxş edir. Monolit görünüş yaradan rəng harmoniyası ümumi dizaynı tamamlayır və hər detalın bir-biri ilə ahəng təşkil etməsini təmin edir.

“Coffee Zone”un daxili hissəsi istifadə rahatlığı nəzərə alınaraq planlaşdırılıb. Aksessuarlar üçün geniş saxlama bölmələri yaradılıb. Geniş daxili həcm sayəsində bütün ehtiyaclar bir məkanda toplanır, iş prosesi daha rahat və səmərəli olur.

Layihədə istifadə olunan “Miracle Stone”- "Rosso" keramoqraniti öz təbii daş görünüşü, zəngin teksturası və yüksək davamlılığı ilə seçilir. İstiliyə, cızıqlara və gündəlik istifadəyə qarşı davamlı olan bu material həm estetik, həm də praktik baxımdan ideal seçimdir.

Bu layihə funksionallıq, müasir dizayn və premium materialların harmoniyasını bir araya gətirərək həm gündəlik istifadə rahatlığını artırır, həm də mətbəxə uzun illər aktuallığını qoruyacaq zərif görünüş bəxş edir.