LAYİHƏLƏRİMİZ

Sea Breeze Layihəsi

Bu gün sizi “Sea Breeze Park Cottages” də təhvil verdiyimiz modern mətbəx mebeli layihəmiz ilə tanış edəcəyik.

Modern mətbəx mebeli dizaynında bütün elementlər funksionallığı ilə seçilir.

Tavana qədər dizayn edilmiş mətbəx mebeli məkandan maksimum istifadəni təmin edir.

Mebelin əsas detallarından biridə istifadə edilmiş təbii çalarlardır. Fasadlar  Ral 9001 Cream`dir. Bu sayədə mətbəx daha geniş və göz oxşayan görünür.

Mətbəx MDF+boya materialından hazırlanmışdır. Alman mexanizm və furnituralarından istifadə edilmişdir.

 

Modern üslubun əsas ideyası minimum detallar və maksimum funksionallıq ilə rahat bir interyer yaratmaqdır. Modern mətbəx mebelinin əsas ideyası funksionallığı və istifadə rahatlığını birləşdirməkdir.

Mebel kiçik sahədə müştərimizin istəkləri nəzərə alınaraq və maksimum rahatlığı düşünülərək tavana qədər olmaqla dizayn edilmişdir.

Mətbəx fasadı Avropa istehsalı olan LDSP materialındandır. Alman mexanizm və furnituralarından istifadə edilmişdir.