LAYİHƏLƏRİMİZ

Sabah Residence Layihəsi

Bu gün sizinlə “Sabah Residence”də təhvil verdiyimiz yeni layihəmizin mətbəx mebelinin fotolarını paylaşacağıq.
Dizayn etdiyimiz mətbəx mebelində sadəcə gözəllik deyil, rahatlıq və funksionallıq da ön plandadır. Showroom`da nümayiş etdirdiyimiz “Nature” modelindən ilhamlanaraq hazırladığımız bu mətbəx mebeli, həm vizual olaraq təsirli, həm də gündəlik istifadədə maksimal komfort yaradır.
Tavana qədər olmaqla dizayn edilən model hər qarışından istifadə edilərək, daha çox saxlama sahəsi təklif edir və səliqəli bir görünüş yaradır.
Tünd və açıq tonların harmoniyası mətbəxə həm dinamika, həm də vizual balans bəxş edir.
Funksional mexanizmlər, yumşaq bağlanan qapılar və ağıllı bölmələr istifadədə maksimum rahatlıq yaradır.
Boy dolabında açıq rəf dizaynı, həm dekorativ əşyalar, həm gündəlik istifadə üçün əlçatan və səliqəli həllər təşkil etmək üçün idealdır.
Mebeldə dizayn edilən şərab bölməsi estetik və zərif görünüşü ilə diqqəti cəlb edir.
Mebeldə istifadə edilmiş dəzgahlıq “Miracle Stone” kolleksiyasına məxsus kvars materialındandır. Kvars materialı, həm möhkəmliyi, həm də estetik görünüşü ilə mətbəxinizə müasir və zövqlü toxunuş bəxş edir. İstiyə, zərbəyə və cızıqlara davamlılığı ilə seçilir.
Dizayn etdiyimiz hər bir mətbəx modeli sadəcə bir mebel deyil, o, sizin yaşam tərzinizi əks etdirən müasir və zövqlü bir məkandır.
Siz də bu cür funksional və estetik mətbəxə sahib olmaq istəyirsinizsə, sizi showroom`umuza dəvət edirik.