LAYİHƏLƏRİMİZ

Retro Park Layihə

Təhvil verdiyimiz layihə neoklassik üslubda dizayn edilib. Neoklassik üslub bu gün ən çox axtarılanlardan biridir. Bu üslub klassik motivlərin möhkəmliyini müasir istiqamətin praktikliyi ilə mükəmməl birləşdirir.
Ağ rəng isə demək olar ki, neoklassik üslubun ayrılmaz çalarlarından hesab edilir. Ağ rəng saflıq və zərifliyin simvoludur. Mətbəx mebelində ağ rəng qızılı çalarlar ilə mükəmməl uyğunluq içərisindədir.
Dolabların alt hissəsində quraşdırılmış LED işıqlandırma, şık görünüş ilə yanaşı dəzgahda iş zamanı funksional rol oynayır.
Mərkəzdə quraşdırılmış ada, saxlama, iş masası kimi xüsusiyətlərlə yanaşı mobil cihazların rahat enerji yığması kimi funksionallığıda özündə birləşdirib.
Mətbəx müasir saxlama sistemləri, qabaqcıl fitinq və yüksək keyfiyyətli materiallardan, ev sahibinin rahatlığı düşünülərək dizayn edilib.