LAYİHƏLƏRİMİZ

“Rahatlığın məkanı” MTK Layihəsi

Əziz İzləyicilər, Sizə “German Studio”-nun professional dizaynerlər tərəfdən tərtib olunmuş növbəti layihəmizi təqdim edirik.
Mətbəx müasir interyerdə ən populyar istiqamətlərdən olan modern üslubda dizayn edilmişdir. Üsluba xas olan funksionallıq, düşünülmüş tərtibat və sahədən səmərəli istifadə edilməsi layihənin tərtibində prioritet komponent idi. Layihədə mebelin tavana qədər olması sahədən optimal və səmərəli istifadə edilməsinə imkan verir və məkana vizual olaraq geniş və səliqəli görünüş qatır.
Mətbəxin istehsalında yüksək keyfiyyətli Almaniya istehsalı olan membran və Avstriyanın “Egger” şirkətinə məxsus DSP materialdan  istifadə olunmuşdur. Mətbəx sahənin ən önəmli hissələrdən olan dəzgahlıq rütubatə və temperaturaya davamlı “DuPont” şirkətinə məxsus korian materialdan hazırlanmışdır, furnituralar isə Almaniyanın “Hettich” və Avstriyanın “Blum” şirkətlərinə məxsusdur.
Mətbəx sahəsində quraşdırılmış TV stend rahatlığı təmin edərək, istirahət və yemək sahəsini bir arada olmasına imkan verdi. Ağ-qara rənglərin təbii ağacla ideal uzlaşması interyerə eleqantlıq və şıklıq qataraq, mükəmməl tamamlamışdır.