LAYİHƏLƏRİMİZ

İnşaatçılar Prospekti Layihəsi

Bu gün sizi “İnşaatçılar Prospektin”də təhvil verdiyimiz layihəmiz ilə tanış edəcəyik.

Mətbəx mebeli funksional, gözəl və rahat olmalıdır. Təhvil verdiyimiz mətbəx mebeli dövrün tələbləri və müştərimizin istəyinə uyğun olaraq neoklassik üslubda dizayn edilmişdir.

Neoklassik mətbəxlərdə bol bəzək qəbuledilməzdir, elementlər yalnız mebelin ümumi dizaynını və ciddiliyini vurğulamalıdır.

Mebelin fasadları üçün seçilmiş ağ rəng illər keçsədə öz sehrini itirmir. Fasad MDF boya materialından hazırlanmışdır. Rəng kodu: Ral 9016 Traffic White  Əlbəttə ki, mətbəx dəstini tamamlayan tutacaqlar. Xüsusən ağ rəng ilə möhtəşəm uyğunluq yaradan antik qızılı rəngdə tutacaqlar isə mətbəx mebelini daha da cəzb edici göstərmişdir.

Mebeldə Alman mexanizm və furnituralarından istifadə edilmişdir.