LAYİHƏLƏRİMİZ

Prestij Park Layihəsi

Bu dəfə təqdim edəcəyimiz layihə “Prestij Park” yaşayış komlpeksinə təhvil verdiyimiz mətbəx mebelidir.
Mətbəx lüks və təmkinliyin sintezi olan neoklassika üslubunda dizayn edilib və eyni zamanda, modern stillə aid detallar da əlavə olunub. Bu cür üslub həlli neoklassikanı sadələşdirir və məkana modernə xas olan lakoniklik, simmetriya və erqonomikanı qatmış olur.
Dizaynerlərimizin müştərinin mətbəxlə bağlı istəklərini nəzərə alaraq hazırladığı dizayn, həmçinin istifadə olunan yüksək keyfiyyətli materiallar və mexanizimlər mətbəx mebelinə bənzərsiz gözəllik verilmişdir.
Mətbəx mebelində MDF boya materialından istifadə olunub, dəzgahlıq “Dupont Montelli” şirkətinə məhsusdur.