LAYİHƏLƏRİMİZ

Premium Residence Layihəsi

Dizayn trendləri nə qədər dəyişsə də, bəzi üslub və rənglər heç vaxt dəbdən düşmür. Məsələn, klassik ağ mətbəx - zərif və yüngül.

Təhvil verdiyimiz mətbəx də klassik üslubda dizayn edilib. Estetika və erqanomikanı birləşdirir. Mətbəx mebeli mümkün qədər funksional düşünülüb. Planlama küncdür. Bu cür planlama praktikliyi ilə fərqlənir və məkandan səmərəli istifadəni təmin edir. Mətbəx mebelinin istehsalında MDF boya materialından istifadə edilmişdir. Bütün bölmələr məşhur alman markasının etibarlı furnitura və saxlama sistemləri ilə təchiz edilmişdir. Avadanlıqlar isə İtaliya brendinə məxsusdur.

Tutumlu dolablar istifadə rahatlığını və nəcibliyi birləşdirir. Rənglərin inanılmaz harmonik birləşməsi zərifliyi ilə diqqəti cəlb edir. Tutacaqlar isə mebelə xüsusi nəciblik qatır. Dəzgahlıq və önlük hissəsi eyni rəngdədir. Bu da, mətbəxin konsepsiyasını vahid və ahəngdar edir.

Nəticə olaraq, layihə nəinki estetik cəhətdən gözəl, həm də müasir mexanizmlər və lazımi texnika sayəsində çox funksional alınıb.