LAYİHƏLƏRİMİZ

Olympus Park Layihəsi

Bu gün sizə “Olympus Park Elmlər” də təhvil verdiyimiz layihəmizin fotolarını bölüşəcəyik.
Giriş zalında quraşdırlımış dəhliz dolabı modern klassik üslubdadır. Dəhliz mebeli tavana qədər olmaqla geniş sahədə dizayn edilmişdir. Seçilmiş ağ rəng qızılı tutacaqlar ilə birləşərək məkanda füsunkar uyğunluq yaratmışdır.
Mətbəx modern üslubda tavana qədər olmaqla dizayn edilmişdir. Modern üslubda mətbəx rahatlıq və funksionallığın mükəmməl birləşməsidir. Seçilmiş rəng ilə uyğunluq yaradan şüşəli profillər mətbəxə xüsusi ab-hava əlavə etmişdir.
Mətbəx mebelində dizayn edilmiş, dolab içi mexanizmlər, qaşıqlıq, tullantı qabı və s. kimi funksional sistemlər mətbəxdə iş zamanı rahatlıq yaradacaqdır.
Mətbəxin mərkəzində quraşdırılımış ada masa ilə iç-içə dizayn edilmişdir. Mətbəx adası geniş funksionallıqla xarakterizə olunur. Saxlama sahəsi, çəkməcələr quraşdırılmış ada, masa və ya iş sahəsi kimi də istifadə edilə bilər.
Əgər mənzilinizdə kiyafət qədər sahə varsa rahatlığınız üçün qarderob otağı təşkil etmək ideal həlldir. Bu həll müxtəlif növ əşyaların nizamlı saxlanması üçün çox əlverişli bir vasitədir. Qarderob mebeli tavana qədər olmaqla, açıq, qapısız dizayn edilmişdir. Bu sayədə məkanda maksimum depolama sahəsi əldə edilmişdir. Qarderob otaqlarının istifadəsi evin faydalı yaşayış sahəsinə qənaət edir.