LAYİHƏLƏRİMİZ

Nərimanov Layihəsi

Bu dəfə sizi Nərimanovda yerləşən modern üslubda dizayn etdiyimiz mətbəx mebeli layihəmiz ilə tanış edəcəyik.

Düzgün seçilmiş mətbəx dizaynı bütün ailə üzvləri üçün rahat bir atmosfer yaratmağa imkan verir. Mətbəxin daxili hissəsini şık və funksional etmək üçün detallar bütün incəliyi ilə düşünülmüşdür. Seçilmiş tonlar mebelin dizaynı ilə mükəmməl uyğunluq yaratmışdır.

Alt hissələr və şüşə dolabların içərisində istifadə edilmiş LED işıqlandırma ilə mətbəx daha zərif görünüşə bürünmüşdür.

Mətbəx boya+MDF materialından hazırlanmışdır. Rəng kodu H3133.

Dəzgahlıq üçün akril daşından istifadə edilmişdir. Kod HW2802

Mebeldə Alman firmalarına məxsus olan mexanizm və furnituralardan istifadə edilmişdir.