LAYİHƏLƏRİMİZ

Nəriman Nərimanov Layihəsi

Bu dəfə Sizə təhvil verdiyimiz layihənin bir qismini, gənc otaq mebelini və praktik və eleqant dolabları təqdim edirik.

Layihənin tərtibi zamanı, hər zaman olduğu kimi, müştəri istəyi və keyfiyyət prioritet idi.

Pəncərənin yanında gənclər üçün rahat bir yazı masası və rəflər yerləşdirilib. Masa rahatlığı ilə yanaşı funksionaldı, belə ki, təkər üzərində olduğuna görə asanlıqla çəkilə və yeri dəyişilə bilər. İndividual hazırlanmış çarpayılar isə super rahatlığı ilə komfortlu yuxu və istirahəti təmin edəcəkdir. Çarpayılarda quraşdırılmış siyirmələr, otaqda əlavə yer tələb etmədən saxlama yerini təmin edir.

Geniş dolab tutumluğu və gözəl görünüşü ilə otağın interyerini ideal tamalayır.

Bütün mebellərin istehsalında MDF boya materialı və “Hettich” şirkətinə aid mexanizmlərdən istifadə olunmuşdur. Bu da, yüksək keyfiyyət və davamlılığı təmin etmiş oldu.

 “German Studio” gənc otağının tərtibi üçün zövqlü və erqonomik həlli təklif edir.

Təhvil verdiyimiz hər bir dolab tutumluluq, funksionallıq və keyfiyyəti ilə yanaşı məkana səliqəlik və nəciblik qatır. Qulplar isə estetik görünüşü ideal tamamlayır. İstehsal zamanı yüksək standart keyfiyyətinə cavab verən material və maxanizmlərdən istifadə isə keyfiyyəti, möhkəmliyi və davamlılığı təmin etmiş oldu.

Yataq otağında quraşdırılmış, klassik üslubda dizayn edilmiş güzgülü dolab nəcibliyi və praktikliyi ilə yanaşı məkanı vizual genişləndirir.

Nəticə olaraq, individual yanaşma, düzgün seçilmiş rəng çalarları, detallara xüsusi diqqət verilməsi sayəsində müştəri istədiyi kimi, zövqlü, rahat və funksional mebel əldə etmiş oldu.