LAYİHƏLƏRİMİZ

Nardaran Layihəsi

Bu gün sizinlə “Nardaran”layihəmizin mətbəx mebelinin fotolarını bölüşəcəyik.
Tünd tonlarda işlənmiş bu zərif mətbəx mebeli, rahatlıq və funksionallığı modern üslubda birləşdirərək, məkana isti və zövqlü bir atmosfer bəxş edir.
Tam tavana qədər dizayn olunan dolab sistemi sayəsində məkan maksimum istifadə olunur, saxlama sahəsi artır, mətbəx isə daha səliqəli görünür. Hər detalı düşünülmüş bu model gündəlik istifadədə həm rahatlıq, həm də vizual harmoniya yaradır.
Dəzgahlıqda istifadə olunan Miracle Stone kolleksiyasından olan akril material, həm davamlılığı, həm də antibakterial səthi ilə funksionallığın təcəssümüdür. Cızıqlara və istiyə davamlı olan bu səthlər uzunömürlü istifadə üçün ideal seçimdir.
Açıq rəfli bölmələr və zövqlə yerləşdirilmiş LED işıqlandırma sistemi mətbəxə həm modern bir görünüş, həm də gecə istifadəsi üçün əlavə rahatlıq gətirir.
Mətbəxin əsas üstünlüklərindən biri də penal içi mexanizmlərlə təchiz olunmuş sistemdir. Bu bölmələr, gündəlik istifadə üçün maksimum rahatlıq və ideal təşkilatçılıq imkanı təqdim edir.
Əgər siz də həm zərif, həm ağıllı, həm də funksional bir mətbəx arzulayırsınızsa “German Studio” sizin arzularınızı gerçəyə çevirən ideal seçimdir.