LAYİHƏLƏRİMİZ

“Ayna Sultanova” Layihə

Təhvil verdiyimiz ada mətbəx mebeli modern üslubda dizayn edilib.

Ada mətbəxi - qüsursuz estetika və praktikliyin nümunəsidir. Bu mətbəxlər özündə sadəliyi, funksionallığı və komfortluğu özündə birləşdirir. Yeməklərinizi hazırlayıb, eyni zamanda ailənizlə xoş söhbət edərək vaxtınızı səmərəli keçirə biləcək tək məkandır.
Modern üslubu mətbəxin düşünülmüş və erqonomik dizaynı, həmçinin fasadların və müxtəlif materialların uyğunluqlarının rənglənməsi üçün bir çox variantlar məkanı maksimal şəkildə strukturlaşdırmağa, lazımı funksional zonaları formalaşdırmağa və otaqda universal mühit yaratmağa imkan verir. Mətbəxin əsas diqqəti funksionallığa yönəlib. Tutumlu dolablar, masa və dəzgahlıq ətraf-mühitə xüsusi gözəllik və rahatlıq qatır. Fasadlar MDF üzərinə boya və təbii ağac şpondan istifadə olunub. İşıqlandırma və dekorasiya müasir mətbəx dizaynının vacib komponentləridir. LED işıqlandırma sayəsində yaşayış sahəsinə zərif bir atmosfer bəxş edir. Praktik və universal modern istənilən ölçüdə mətbəxin tərtibatı üçün yarayır. Bu üslub təmiz xətlərdən ibarətdir və digər üslublara xas olan dekorativ elementlərin bolluğundan qaçınmaqla funksionallığa diqqət yetirir.