LAYİHƏLƏRİMİZ

Mirvari Park Residence Layihəsi

Rahat və eleqant mətbəx mebeli

Mətbəx nəcib klassikanın və praktik modern üslubun təcəssümü olan neoklassika üslubunda dizayn edilib. Mebelin rəngi divarların dekorasiyasına mümkün qədər yaxın olanı seçilib. Ən son dəbə uyğun olan bu rəng rahatlığın ab-havasını yaradır. Frezerlənmiş mat boz fasadlar isə zərif və aristokratik görsənir. Mətbəx mebeli sifarişçinin istəyinə uyğun olaraq tavana qədər edilib və 2 divar boyunca quraşdırılıb.  Əsas iş hissə pəncərənin yanına yerləşdirilib. Dolablar funksionallıq və agıllı saxlama həlli ilə maksimum tutumluğu təmin edir. Şüşəli dolablarda LED işıqlandırma quraşdırılıb. Korian dəzgahlıq mətbəxin önlük hissəsi ilə uzlaşaraq incə görüntünü mükəmməl şəkildə tamamlayır. Önlük hissəsi keromoqranitdən hazırlanıb. Bu da, önlük hissəsinin möhkəmliyini, qulluğa asan, nəmə və yüksək temperatura davamlı olmasını təmin etdi.

Mətbəx bütün ən zəruri avadanlıqlarla təchiz edilib: quraşdırılmış qabyuyan maşın, bişirmə paneli, aspirator, soyuducu və s.

Nəticə olaraq, uğurlu seçim və düzgün tərtibat nəticəsində mətbəx mebeli erqonomik, zərif və nəcib alınıb. İstehsal zamanı istifadə olunan Almaniya istehsalı material və mexanizmlər sayəsində isə mətbəx uzun müddət ərzində sahibini sevindirəcəkdir.

Rahat və funksional mətbəxi "German Studio"dan əldə edin!