LAYİHƏLƏRİMİZ

Mirvari Park Layihəsi

Növbəti təqdim edəcəyimiz layihə “Mirvari Park” yaşayış kompleksinə təhvil verdiyimiz praktik, funksional və eleqant görünüşə sahib olan qarderob mebelləridir.
Layihə sifarişçinin arzusuna uyğun olaraq hazırlanmışdır. Güzgülü kupe qarderob mebeli məkanı funksional etməklə yanaşı, sahəni vizual genişləndirir və məkana şıklıq qatır. Qarderobda şalvar, kəmər, qalstuk, idman ləvazimatlar və bir çox başqa əşyaların saxlanılması üçün bölmələr quraşdırılmışdır. İstehsal zamanı yalnız yüksək keyfiyyətli materiallardan istifadə olunmuşdur. Müasir alman furnitur və mexanizmlər isə qarderobu səssiz və hamar şürüşdürməyə imkan verir, hansı ki, mebeldən istifadəni rahat və asan edir. Beləki, bu, mebelin möhkəmliyini, istismar müddətini artırır və orijinal görünüşünü uzun illər qoruyur. “German Studio” – dan elit qarderoblar, saxlama xüsusiyyətlərini nəzərə alaraq, mənzil sahibinin statusunu vurğulamaqla yanaşı, geyim, ayaqqabı, aksessuar və yataq ləvazimatlarını yerləşdirilməsi problemini də səmərəli şəkildə həll edir. Burada, Siz ideyalarınıza, zövqünüzə və məkanın ölçülərinə uyğun qarderobu əldə edə bilərsiniz.