LAYİHƏLƏRİMİZ

Mirvari Park Layihəsi

Bu dəfə Sizə “Mirvari Park” yaşayış kompleksinə təhvil verdiyimiz layihənin bəzi üzləmə işlərini təqdim edirik .
Divarların şpon ilə üzləməsi universal və unikal dekor həllərdən sayılır. Belə dekor həlli orijinallığı ilə interyerə xüsusi zövqlülük və zənginlik qatır. Qiymətli ağac növlərindən olan şpon qiymət və keyfiyyətin, müasir texnologiyaların və klassik üslub ənənələrinin unikal balansıdır. Buna görə də, interyerdə şpon elementlərin istifadəsi həmişə uğurlu bəzək həlli hesab edilir. Bundan əlavə, şpon üzləmə natural, ekoloji cəhətdən təmiz və sağlamlıq üçün təhlükəsizdir.