LAYİHƏLƏRİMİZ

Mikayıl Müşfiq Layihəsi

“Mikayıl Müşfiq” layihəmizin fotolarını sizə təqdim edirik.
Layihənin giriş zalında divar daxilində dizayn edilmiş geniş həcmli dəhliz mebeli yerləşdirilib. Bu həll həm məkanın səliqəli və estetik görünməsini təmin edir, həm də funksional saxlama imkanı yaradır.
Dəhlizdə əlavə olaraq iki ədəd dəhliz mebeli də quraşdırılıb ki, bu da gündəlik istifadə olunan əşyaların rahat şəkildə yerləşdirilməsinə imkan verir.
Mebellərdə istifadə olunan LED işıqlandırmalı detallar, interyerə müasir və zərif ab-hava qatır.
Otaqda isə sütun daxilində xüsusi stellaj dizayn edilib ki, burada kitablar və digər əşyalar səliqəli şəkildə yerləşdirilə bilər.
Funksionallıq və estetik görünüşün vəhdəti bu layihədə hər detalda özünü göstərir.
Divar içi dizayn edilən TV stendi mətbəx mebeli ilə eyni “Eucalyptus” rəngində hazırlanaraq interyerdə vahid və harmonik görünüş yaradır.
Şüşəli hissələr mebelə zəriflik qatır, geniş saxlama sahələri isə funksional istifadə imkanı təmin edir. Qızılı tutacaqlar isə dizayna xüsusi zəriflik verərək ümumi atmosferlə mükəmməl uyğunluq təşkil edir.
Mətbəx mebeli “Royal Line” kolleksiyasına məxsusdur və zərif “Eucalyptus” rəngində dizayn edilib.
Mebelin dəzgahı isə “Miracle Stone” kolleksiyasına aid yüksək keyfiyyətli kvars materialındandır. Kvars materialı dizaynla estetik bütövlük yaradır, həm də mətbəxə səliqəli və müasir görünüş bəxş edir.
Mətbəxin mərkəzində funksional adaquraşdırılıb. Bu ada həm əlavə iş sahəsi, həm də rahat istifadə üçün praktik həll təqdim edir.
Mebel rəngi ilə harmonik uyğunluq yaradan tutacaqlar isə ümumi dizaynı tamamlayaraq mətbəxə zərif və vahid görünüş qazandırır.
Yataq otağında açıq tonlarda dizayn edilmiş dolab və TV stend həlli interyerə zərif və müasir görünüş qazandırır. Bu dizayn həm geniş saxlama sahəsi yaradır, həm də funksional TV stendi kimi istifadə olunur.
Zərif və minimal tutacaqlar mebelin ümumi görünüşü ilə harmonik uyğunluq təşkil edərək otağa səliqəli və estetik ab-hava bəxş edir.