LAYİHƏLƏRİMİZ

“Grand Hayat” Layihə

Bu dəfə təhvil verdiyimiz layihə modern üslubda dizayn edilib. Səliqə, təmkin və lakoniklik mətbəxi bəzəmək üçün ideal olan modern üslubun əlamətidir. Bu çox sadə, lakin düşünülmüş dizayndır. İnnovativ materiallar və texnologiyalar yemək sahəsində maksimum rahatlığı təmin edir və interyerin neytrallığını qoruyub saxlayır.

Hamar qarlı ağ fasadları olan mətbəx mebeli müasir dizaynın əsas tendensiyasıdır. Ağ rəngin üzərinə əlavə edilmiş qızılı xəttlər mebelin dekorasiyasını tamamlayır.

Divarın daxilində yığılmış mebel hissəsi kiçik mətbəxlərdə, məkandan maksimum istifadə etməni təmin edir.

LED işıqlandırma mətbəx mebelində unikal interyer yaradaraq otağın görünüşünü vizual olaraq genişləndirir.

MDF boya, dəzgahlıq, davamlı və möhkəm Alman fitinqləri, mətbəx mebelini ideal və füsunkar göstərən vacib detallardır.