LAYİHƏLƏRİMİZ

“Ağ Şəhər” Layihə

Bu dəfə təhvil verdiymiz lahiyə modern üslubda dizayn edilib.

Zaman dəyişən dünyamızın əsas mənbəyidir. Yüksək texnologiya, həyat tərzinin modifikasiyası mətbəxin interyerinə də təsir edir.

Modern üslubda bej və ağ rəngin mükəmməl sintezi olan mətbəx mebeli funksional və pratik dizaynı ilə diqqəti asanlıqla özünə cəlb etməyi bacarır. Tavana qədər olan yüksək və geniş iç həcmli dolablar mükəmməl dizaynı ilə mətbəxdə istifadə rahatlığı yaradır.

Funksional dizaynlı ada hissə isə mətbəxdə iş hissəsi, saxlama sahəsi və həmçinin yemək masası kimi fəaliyyət göstərir.

İstifadə edilmiş yüksək keyfiyyətli Hettich mexanizm və furnituraları, Corian dəzgahlıq, MDF boya mətbəx mebelini tamamlayan detallardır.

Girişdə quraşdırılmış dəhliz mebeli tutumlu və mükəmməl dizaynı ilə mənzil interyerini tamamlayır.

Sadə rəng palitrası, funksional və pratik dizaynı ilə qarderob otağı mənzildə yerə qənaət edərək istifadə rahatlığı təmin edir.

Şüşəli dolab və mükəmməl saxlama sistemli dizaynı ilə Tv Stend mənzil interyerini tamamlayaraq, şık vurğu əlavə edir.

Bütün detallar zərafətin və sadəliyin mükəmməl sintezi hesab edilir.