LAYİHƏLƏRİMİZ

Yasamal Layihə

Bu dəfə təhvil verdiyimiz mətbəx mebeli avanqard üslubda dizayn edilib. Avanqard üslub qeyri-adi dizayn ideyaları, materialların və rənglərin ziddiyyətli birləşmələri ilə xarakterizə olunur.Bu üslubda mətbəx dizaynı parlaq rəngi, aydın xəttləri və kəskin kənarları ilə xarakterizə edilir.

Mətbəx mebelində ağ və qara rəngin sintezi monoxrom interyer yaradıb. Bu birləşmə şık və aktual hesab edilir. Zərif tutacaqlar və xəttli işləmələr avanqard üslubu tamamlayan vacib detal hesab edilir.

Bar sayğacı masa, iş sahəsi və saxlama kimi funksional dizaynı ilə mətbəx inteyerinə şık vurğu əlavə edib.

Mətbəx mebeli xüsusi uzaqdan idarə etməli LED işıqlandırma ilə təhciz edilib. LED işıqlandırma istifadə rahatlığı ilə yanaşı, şık görünüşü ilə də diqqəti özünə cəlb edir.

İstifadə edilən MDF boya, Corian dəzgahlıq, erqonomik və keyfiyyətli Alman mexanizmləri mətbəx mebelini tamamlayan nüanslardır.

Avanqard üslub zərif və vizual detallarla birləşərək füsunkar mətbəx mebeli yaradıb.