LAYİHƏLƏRİMİZ

“28 May” Layihə

Təhvil verdiyimiz lahiyə neoklassik üslubda tərtib edilib. Neoklassik üslub zəriflik və incəlikdir. Bu üslubda mətbəx dizaynı sadə və aydın xətlərlə xarakterizə olunur.
Ağ və boz rəngin mükəmməl uyğunluğu, mətbəx mebelində zərif və eleqant görünüşü təcəssüm etdirir. Tutacaqların üslub və rəng ilə olan sintezi mebelə şık detal əlavə edib.
Bar sayğacı funksional olması ilə yanaşı interyerə ahəngdar uyğunluq qatıb. Şüşəli mətbəx dolabı incə və zərif görünüşü ilə diqqəti asanlıqla özünə cəlb etməyi bacarır.
İstifadə olunan Corian dəzgahlıq, Alman mexanizmləri, LED işıqlandırma, MDF boya, yüksək texnalogiya və keyfiyyətli fitinqlərin mükəmməl birləşimi mətbəxə xüsusi görünüş verir.
İncə detallar, nəcib palitra ilə birləşərək ecaskar görünüşə malik zərif və rahat mətbəx mebeli yaradıb.
Dəhliz mebeli giriş zalının sahəsindən rasional istifadə etməyə imkan verir. Ağ rənglə neoklassik üslubun birləşimi zərif mebel yaradıb. Kiçik detallar incə zövqün əlamətidir. Tutacaqlardakı boz rəng dizayn ilə mükəmməl kontrastı təcəssüm etdirir.
İstifadə olunan Alman fitinqləri, davamlı və keyfiyyətli materiallar birləşərək funksional və şık dəhliz mebeli yaradıb.
Qarderob otaqları modern üslubda tərtib edilib. Modern üslub yığcam və təmkinlidir. Bu üslubda interyer rahatlıq, praktiklik və dizayn meyllərinə əsaslanan estetikadır.
Qarderob otağı boz rəngli teksturası və şık dizaynı ilə mənzilin interyerinə mükəmməl uyğunlaşıb. Yüksək texnalogiyalı və keyfiyyətli mexanizmlər birləşərək, pratik eyni zamanda funksional qarderob otağı yaradıb.
Qarderob otağı pratik və mükəmməl keyfiyyəti ilə ideal həll hesab olunur. Şüşəli dizaynı ilə interyerə şık və nəcib detal əlavə edib. Maksimum funksionallığı təmin edən qarderob otağı yüksək keyfiyyətli mexanizmlərdən istifadə edərək istehsal olunub.