LAYİHƏLƏRİMİZ

“Gənclik” Layihəsi

Bu dəfə təqdim edəcəyimiz lahiyə Neoklassik üslubda tərtib edilib. Neoklassik üslub - klassik motivlərin möhkəmliyini, müasir istiqamətin praktikliyi özündə birləşdirir. Bu üslub, zəriflik və funksionallıq arasında uğurlu kompromisdir. Onun unikallığı ən müasir tendensiyaların adi şəraitlə birləşməsindədir.
Mebeldə ağ və boz rəngin sintezi əks olunub. Bu rənglərin birləşməsi interyeri daha yüngül və havadar edir. Tutacaqlarda istifadə edilən qızıl əlavələr dizayna aristokratik xüsusiyyət əlavə edib. Gördüyünüz ağ qapılar xüsusi işlənmiş MDF boya və təbii ağacdan hazırlanıb. Dolablar müasir dizayn tendensiyalarına uyğun mexanizmlərlə təhciz edilib. Şüşəli dolablarda xüsusi uzaqdan idarə etməli LED işıqlar quraşdırılıb. Bu da mebelə özünə xas nəciblik və zəriflik qatıb.
Mebeldəki bütün hamar xətlər dərhal görünən aydın bir formaya malikdir.
Keyfiyyətli, erqonomik material, Alman brendinə məxsus xüsusi mexanizmlər, İtalya brendi olan Bompani avadanlıqları, müasir mətbəx çanağı - mebeli tamamlayan kiçik amma möhtəşəm nüanslardır. Bütün bu birləşmələr sayəsində interyerdəki dizayn öz həllini tapıb.