LAYİHƏLƏRİMİZ

“Xətai” Layihə

Bu dəfə təqdim edəcəyimiz Layihə mətbəx mebeli modern üslubunda dizayn edilib.
Müasir üslubda mətbəx dizaynı - ən kiçik detallara qədər düşünülmüş mətbəx dizaynıdır. Bej-qəhvəyi tonlarda mətbəxin dizaynı həmişə isti və rahat görünür. Rənglərin bir biri ilə birləşməsi psixoloji olaraq sakit, ahəngdar və təbii hesab olunur.
Gördüyünüz Şüşə Dolablar işıqlandırma ilə birlikdə məkana parlaqlıq qatıb.
Rahatlığın sirləri detallardadır. Modern üslubda mətbəx dizaynında rahat tərtibat, uyğun seçilmiş rənglər və təbii materiallar üstünlük təşkil edir.
Ümumiyyətlə Müvəffəqiyyətli planlaşdırma həlli-rahat interyerin təməlidir.