LAYİHƏLƏRİMİZ

“Rich” Layihə

Bu dəfə təqdim edəcəyimiz layihə “Rich” yaşayış kompleksinə təhvil verdiyimiz modern üslublu mətbəx mebelidir. Mətbəxin daxili hissəsindəki minimalizm tərzi müasir mənzillərin və evlərin dizaynında ən populyar tendensiyalardan biridir. Ciddi, qısa formalar, məkanın aydın və düşünülmüş təşkili, maksimum funksionallıq və minimum dekorasiya ilə xarakterizə olunur.
Yeni bir mətbəx planlaşdırarkən, hər bir detalı nəzərə almaq vacibdir. Mətbəx üçün Dəzgahlıq bütün interyerin vacib komponentidir. Ətrafa lüks və zəriflik qatan, keramoqranitdən hazırlanan dəzgahlıqdır. O, özünəməxsus və unikal görünür. İnteryerdə istifadə olunan Led işıqlandırma otağı qeyri-adi və yaddaqalan edir.