LAYİHƏLƏRİMİZ

Mərdəkan Layihə

"Mərdəkan" layihəmizdə zəriflik və funksionallıq bir arada!
Showroom`umuzda nümayiş olunan "Japandy" modelimizdən ilhamlanaraq, müştərimizin istəklərinə uyğun xüsusi dizayn edilən mətbəx mebelimiz.
Mətbəxin mərkəzində yerləşən ada, zərif xətlər və hər detalda düşünülmüş funksional həllər bu layihəyə özünəməxsus xarakter qazandırır.
İstifadə rahatlığını artıran çəkməcə daxili qab-qacaq sistemi, əlçatmaz küncləri belə dəyərləndirən LeMans mexanizmi, gizlənən qapılı Pocket Door, daxili soyuducu və qapıya inteqrasiya olunan zibil qabı — bütün bu detallar estetik görünüşü praktik həllərlə tamamlayır.
Bizim üçün hər layihə sadəcə mebel deyil, müştərimizin zövqünü və həyat tərzini əks etdirən fərdi bir məkandır.