“Mərdəkan” layihəmizin fotolarını sizə təqdim edirik.
Geniş məkanda layihələndirilən bu mətbəx mebeli estetik görünüşü və funksionallığı bir araya gətirir. Şüşəli vitrinlər, LED işıqlandırmalı və açıq rəf həlləri interyerə yüngüllük və zəriflik qatarkən, ağ rənglə mükəmməl uyğunlaşan qızılı tutacaqlar dizayna eleqant toxunuş bəxş edir.
Mərkəzdə yerləşən ada həm geniş iş səthi, həm yuma sahəsi, həm də gündəlik istifadə üçün masa funksiyasını yerinə yetirir. Adanın daxili saxlama bölmələri isə mətbəxdə maksimum rahatlıq və səliqəli təşkilat təmin edir.
Künc hissənin səmərəli istifadəsi sayəsində əlavə saxlama imkanları yaradılıb. Mətbəxə inteqrasiya olunan geniş ərzaq saxlanma otağı isə gündəlik tələbat məhsullarını və mətbəx ləvazimatlarını nizamlı şəkildə yerləşdirməyə imkan verir. Hər detal funksionallıq, rahatlıq və zövqlü dizayn düşünülərək hazırlanıb.
Otaq qapıları interyerin bütövlüyünü tamamlayan, məkanın üslubunu ön plana çıxaran əsas dizayn elementlərindən biridir. Zərif işlənməsi, incə detalları və müasir görünüşü ilə interyerə xüsusi estetik dəyər qatır.
Bu layihədə qapının üzərində istifadə olunan güzgü həm məkanı vizual olaraq daha geniş və işıqlı göstərir, həm də dizayna eleqant toxunuş bəxş edir.
Bir qapı iki fərqli rəng?
Əlbəttə, bu mümkündür. Qapının bir hissəsinin tünd, digər hissəsinin isə açıq tonda dizayn edilməsi fərqli rənglərin harmoniyasını yaradır, interyerlə mükəmməl uyğunlaşaraq müasir və eksklüziv görünüş ortaya qoyur. Hər detal zövqlə düşünülərək dizaynın vahid konsepsiyasını tamamlayır.