LAYİHƏLƏRİMİZ

Mərdəkan Layihəsi

Bu gün sizə “Mərdəkan”da təhvil verdiyimiz layihəmizin şəkillərini təqdim edəcəyik.
Həyatımızın əhəmiyyətli bir hissəsini mətbəxdə keçiririk, buna görə də mətbəxin daxili hissəsi rahat, çoxfunksiyalı olmalıdır ki, ev sahibinin tərzinə uyğun və bütün ailənin ehtiyaclarına cavab versin.
Müştərimizin seçimi əsasında mətbəx mebelləri rahat, funksional və eyni zamanda ahəngdar şəkildə məkanın daxili hissəsinə uyğun dizaynda hazırlanıb. Mebeldə quraşdırılmış müasir mexanizmlər istifadə rahatlığı yaradır. Mətbəx mebellərində istifadə edilmiş furnitura və aksesuarlar (qaşıqlıq, tullantı qabı və s.) Alman firmalarına məxsusdur.
Əgər mənzildə sahəniz varsa, camaşırxana otağı ideal həll hesab edilir. Camaşırxana və ütü otağının olması müasir və yeni tendensiyadır. Bu dizayn, çox praktik və rahatdır.
Qarderob otaqlarının istifadəsi evin faydalı yaşayış sahəsinə qənaət edir.
Qarderob otağı məkandan maksimum istifadəni təmin edərək məkanda rahatlıq yaradır. Dolablar tavanaqədər olmaqla, geniş sahədə dizayn edilmişdir. Bu otaqda əşyalar göz qabağındadır, bu da düzgün paltar və ya ayaqqabını axtarmaq üçün vaxtı azaldır.
Qarderob otağı dekorasiyası müştərinin istəklərinə uyğun şəkildə hazırlanmışdır.
Yumşaq mebellər məkana uyğun dizaynı ilə ahəngdar bütövlük yaratmışdır. İstirahət sahəsində quraşdırılmış bliard panosu ilə seçilmiş rəng tonları ilə məkanda diqqəti özünə cəlb edir.
Hamam otağı evdə əşyaların funksionallığının çox vacib olduğu otaqlardan biridir. Hamam otağında harmonik interyer yaratmaq vacibdir. Buna görə də, hamam otağının dizaynı təmir prosesində həlledici bir məqamdır. Layihəmizdəki hamam otaqları modern üslubda dizayn edilmişdir. Seçilmiş tonlar otağın ümumi görünüşü ilə uyğunluq yaratmışdır.