LAYİHƏLƏRİMİZ

Melissa Park Layihəsi

Bu gün sizinlə “Melissa Park”da A-dan Z-yə təhvil verdiyimiz mənzilin şəkillərini bölüşəcəyik.

Giriş zalı mənzildə ilk təssərrüatın yarandığı sahədir.

Müştərinin istəyi əsasında giriş zalında tavana qədər olan dolab dizayn edilmişdir.

Mətbəx mənzilin mərkəzi otaqlarından biridir. Neoklassik üslubda dizayn edilmiş mətbəx mebeli dövrümüzün ən çox seçilən üslublarındandır.

Mebeldə seçilmiş rəng üslub ilə mükəmməl uyğunluq yaratmışdır.

Mexanizm və furnituralar Alman firmalarına məxsusdur. Fasadlar MDF boya materialındandır. Rəng kodu: Ral 7047.

Mətbəx dəzgahının üst hissəsində quraşdırılmış rəflər mebelə xüsusi görünüş əlavə edir. Rəflər İtalya istehsalı olan süni Şpon materialındandır.

Qonaq otağı mənzildə xüsusi diqqətə laiq hissələrdən biridir. Geniş sahədə dizayn edilmiş tv stend otağın mərkəzi sahəsidir. Tv stend MDF boya materialındandır. Rəng kodu: Ral 9016

Divara quraşdırılmış üzləmə İtalya istehsalı süni Şpon materialındandır.

Otaqda quraşdırılmış stellaj və yazı masası loft üslubunda dizayn edilmişdir.

Stellaj və yazı masasında metal hissələr qara profil, rəf hissələrisə MDF Şpon materialındandır.

Yataq otağında müştərinin istəkləri əsasında xüsusi formada tavana qədər olan dolab dizayn edilmişdir. Geniş iç həcmə malik mebel məkanda istifadə rahatlığı yaratmışdır.

Güzgülü, LED işıqlandırmalı hazırlanmış makiaj masası məkana zəriflik əlavə etmişdir.

Otaqda quraşdırılmış mebellərin fasadı boya MDF materialındandır. Rəng kodları:Ral 9016

Dolabların və otaqda quraşdırılmış yazı masalarının fasadı boya MDF materialındandır. Rəng kodları:Ral 9016

Çarpayıların orta hissəində dizayn edilmiş ara kəsmə MDF şpon materialındandır.

Hamam mebelinin interyeri xüsusi diqqət ilə dizayn edilmişdir.

Hamam mebelləri MDF boya materialındandır. Rəng kodu: RAL 9016.

MDF boya olan hissə Qara özəl mat, ağac teksturası olan hissə MDF Şpondur.

İstifadə edilmiş şpon İtalya istehsalı süni Şpondur.

Divara quraşdırılmış dolab MDF boya materialıdır. Rəng kodu: Ral 9016. Ağac teksturasına bənzər hissə İtalya istehsalı süni Şpondur.

Mebellərdə istifadə edilmiş mexanizm və furnituralar Alman firmalarına məxsusdur.