LAYİHƏLƏRİMİZ

Megacity Layihəsi

Növbəti təqdim edəcəyimiz layihə “Mega City” yaşayış kompleksinə təhvil verdiyimiz harmonik və rahat mətbəx mebelidir. Mətbəx universal və aktual olan müasir üslubda dizayn edilib. Layihənin tərtibatında əsas komponent maksimum funksionallıq, erqonomiklik və eyni zamanda sahədən səmərəli istifadə edilməsi idi. Dolabların qulpsuz olması interyerə minimalizmin notunu qatır. İstifadəsi çox rahat olan bir toxunuşla xüsusi asan açılma sistemi sahəyə estetik gözəllik qatır. Mətbəxin tavana qədər olması sahəni vizual genişləndirir və məkana səliqəli görünüş qatır. İstehsal zamanı yüksək keyfiyyət standartlarına cavab verən material və mexanizmlərdən istifadə olunub.
Rənglərin ideal uzlaşaraq bir-birini tamamlanması interyerə ahəngdar və zərif görünüş qatır.