LAYİHƏLƏRİMİZ

Lighthouse Seabreeze Layihəsi

Bu gün sizinlə “Seabreeze”də yerləşən “Lighthouse” da təhvil verdiyimiz mətbəx mebelinin fotolarını bölüşəcəyik.
Mətbəx mebeli kiçik sahədə studiyo mənzil stilində dizayn edilmişdir. Kiçik sahədən maksimum istifadəni təmin etmək üçün dolablar tavana qədər olmaqla quraşdırılmışdır. Seçilmiş rəng tonları bir-biri ilə ahəngdar uyğunluq içərisindədir.
Mətbəxdə üçbucaq prinsipinə də xüsusi diqqət yetirilmişdir. İşçi üçbucağının mahiyyəti olduqca sadədir: soba, lavabo və soyuducu. Bunlar mətbəxin əsas elementlərinin vizual birliyidir.
Mətbəxdə vahid bir məkan yaratmaq üçün bütün nüansları nəzərə almaq vacibdir.