LAYİHƏLƏRİMİZ

Nardaran Layihə

Bu dəfə təhvil verdiyimiz layihə neoklassik üslubda dizayn edilib. Neoklassik üslubda mətbəxlər lakonik və mütənasibdir. Simmetriya hələ də aktualdır, bu da istənilən interyeri incə və təmkinli edir.

Fasadlarda istifadə edilmiş ağac teksturası üsluba füsunkarlıq əlavə edərək, görünüşü tamamlayır.

Üst dolablarda istifadə edilən LED işıqlandırma zərif görünüş ilə yanaşı istifadə funksionallığınada malikdir.

Mərkəzdə quraşdırılmış ada saxlama qabiliyyəti vasitəsi ilə kompakt mətbəx dəstinə faydalı əlavədir.

Mətbəx aydın xətlər, simmetriya və üslub funksionallığı ilə səciyyələnir.

Təbiilik, rahatlıq və harmoniya tələblərini nəzərə alaraq dizayn edilən mətbəx mebelində təbii mənşəli materiallar seçilmişdir.

Mebel fitinqləri texnoloji cəhətdən qabaqcıl və davamlı Alman materiallarından istehsal olunub, quraşdırılmış qurğular isə qarşıya qoyulan vəzifələrə cavab verir, mətbəx məkanından istifadəni mümkün qədər rahat və erqonomik edir.