LAYİHƏLƏRİMİZ

Binə Layihə

Bu dəfə təhvil verdiyimiz mətbəx mebeli neoklassik üslubda dizayn edilib. Neoklassik üslub qədimlik və dəbdəbədir.

Müştərinin istəyi ilə seçilmiş fil sümüyü rəngi neoklassik üslubla ahəngdar uyğunluq təşkil edir. Zərifik detallarda gizlidir. Dəzgahlıqda istifadə edilmiş qara və qızılı rəngin sintezi döşəmə seçimi ilə də uyğunluq içərisindədir.

Mərkəzdə yerləşdirilmiş ada saxlama funksiyası ilə yanaşı, iş masası kimidə xüsusiyyətə malikdir.

Dolab içərisində quraşdırılmış LED işıqlandırma məkana aydınlıq və xoş ab-hava əlavə edib.

İncə qızılı tutacaqlar və su kranı mətbəx mebelinin dizaynını tamamlayan şık detallardandır.

Mebelin hazırlandığı yüksək keyfiyyətli materialların ətraf mühitə uyğunluğu və orijinal görünüşü interyerdə tamlıq yaradır.