LAYİHƏLƏRİMİZ

Azadlıq prospekti Layihə

Bu dəfə təqdim edəcəyimiz layihə “Azadlıq Prospekti” yaşayış kompleksinə təhvil verdiyimiz modern üslublu mətbəx mebelidir.
Bej rəngdə hazırlanmış mətbəx dəsti otaqda isti və rahat atmosfer yaradır. Fasadlar xüsusi işləmələrlə MDF üzərinə boyadan istifadə olunub. Qapalı hündür rəflər, quraşdırılmış məişət texnikası və dolablar mətbəxə xüsusi gözəllik qatır. Süni daşdan olan dəzgahlıq açıq çalarlardan hazırlanıb. Mətbəxin əsas elementləri işıq və məkandır. Rənglərin zərif çalarları, lakonik kompozisiya və dekorasiyanın bütün elementləri məkanı ən rahat və sevimli yerinə çevirir. Elementlərin köməyi ilə yaradılan hər hansı bir kompozisiya məkanın xarakterini və otağın daxili hissəsini vurğulayır. Bu model daxili dizayn sahəsində bütün müvafiq dizayn həllərini nəzərə alınmaqla hazırlanmışdır.
Mətbəxin xüsusiyyəti yalnız onun gözəlliyi və zərifliyi deyil, həm də modelin bütün modullarının xüsusi texnoloji funksionallığıdır.