LAYİHƏLƏRİMİZ

“Grand Hayat” Layihə

“Grand Hayat” yaşayış kompleksində, təhvil verdiyimiz layihəni təqdim edirik.
Təhvil verdiyimiz mebel Loft üslubda boz rəngdə dizayn edilib. Loft üslubu - yığcamlıq, erqonomika ilə xarakterizə olunur. Layihədə istifadə olan mebellər -  Dəhliz dolabı, Mətbəx mebeli, Hamam mebeli, Qarderob və yazı masasıdır.
Təhvil verdiyimiz mətbəx böz rəngdə və loft üslübda dizayn edilib. İnteryerdəki boz rəng artıq darıxdırıcı və tutqun sayılmır. Onun köməyi ilə otağın ciddi və minimalist dizaynını yaratmaq olar. Gördüyünüz bu mətbəx yarımada sayılır. Yarımada mətbəx- orijinal, dəbli ən vacib məsələlərin müzakirə edildiyi və sevdiklərinizlə vaxt keçirməyin çox xoş olduğu məkandır. Mətbəxdəki fasadlar və dəzgahlıq MDF üzərinə boyadan istifadə olunub. Sərt, lakin eyni zamanda, neytral bir seçim, istənilən interyerə nəciblik və incəlik əlavə etməyə imkan verir.
 Evdə xüsusi məkanlardan biri Giriş zalıdır. Giriş zalı yalnız evinizin "ziyarət kartı" deyil, eyni zamanda bir çox funksional tələbi olan bir otaqdır. Düzgün təchiz olunmuş işıqlandırma, güzgü və digər dekorativ elementlər sayəsində dəhliz sahəsini vizual olaraq geniş göstərir.
Ən çox gözə çarpan və ən vacib mebellərdən biri Hamam otağıdır. Müxtəlif materialların birləşməsi unudulmaz hamam otağının əsas xüsusiyyətidir. Mebel MDF üzərinə boyadan istifadə olunub. Hamam otağındaki moydadır qaçınılmazdır. Moydadır həm funksional, həm də dekorativ məqsədlə istifadə olunur.
Gəlin, Qarderob mebelini və yazı masasını da gözdən keçirək. Qarderob evin ən vacib interyer əşyalarından biridir, hansı ki, bu gün ki gün, müxtəlif əşyaları saxlamaqdan əlavə, həm də məkanı bəzəyərək, evin görkəmin dəyişir. Yataq otağındaki qarderob bir güzgü ilə quraşdırılmış sürüşmə qapı sisteminə malikdir - bu, çox rahatdır, çünki tək güzgünü quraşdırmaq üçün əlavə yerə ehtiyac qalmır.
Estetik və praktikliyi ilə fərqlənən Yazı masasıdır. Bura sonsuz yaradıcılıq yerdir. Gördüyünüz yazı masası laminantdan hazırlanıb.
Ümumiyyətlə, interyerin tərtibatında tətbiq olunan üslub öz təbii rəngi və zərifliyi ilə ətrafa lüks mühit yaratmağı bacarır. İnteryerdə hər bir detal bir-biri ilə ideal uyğunlaşıb. Bu üslubda uzunmüddətli ənənələr və ən son texnologiyalar bir-birinə qarışıb.
Əgər sizdə belə müasir və eleqant mebel istəyirsinizsə Sizi “German Studio”da gözləyirik!