LAYİHƏLƏRİMİZ

Mərdəkan Layihə

Təhvil verdiymiz mətbəx mebeli klassik üslubda dizayn edilib. Klassik üslub aktuallığını itirmir və daim incə zövqün əlaməti hesab edilir. Bu üslubda mətbəx mebeli, məkanın pratikliyi və rahatlığı kimi vacib xüsusiyyətləri birləşdirməyə imkan verən ağıllı bir həlldir. Ağ və bej rəngin zərif naxış işləmələri ilə hökm sürdüyü mətbəx mebeli nəcib görünüşü ilə diqqəti asanlıqla özünə cəlb etməyi bacarır. İşləməli dəbli tutacaqlar interyerə ahəngdar şəkildə uyğunlaşır. Mərkəzdə quraşdırılmış ada, iş, yemək sahəsi və saxlama kimi funksional istifadəyə malikdir. İstifadə edilən MDF Şpon materialı, yüksək keyfiyyətli Alman mexanizmləri xüsusi dizaynlı klassik üslubla birləşərək füsunkar mətbəx mebeli əmələ gətirib. Dəzgahlıqda istifadə edilmiş Corian firmasına məxsus mərmər mükəmməl görünüşü ilə seçilir. Uzaqdan idarə etməli LED işıqlandırma vasitəsi ilə mətbəx mebeli daha da parlaq görünüşə sahib olub. Bütün kiçik detallar incə, zövqlü və zərif klassik mətbəx mebeli yaradıb.