LAYİHƏLƏRİMİZ

Hezi Aslanov Layihəsi

Təhvil verdiyimiz mətbəx mebeli modern üslubunda dizayn edilib. Bu dizayn əsasən sadəliyə və minimalizmə üstünlük verir. Mətbəxə xüsusi gözəllik qatan profillli şüşəli qapılar, daxili işiqlandırma ilə təchiz olunub. Daxili işiqlandırma otağa həm estetik gözəllik qatır, həm də əlavə işıq mənbəsi kimi istifadə edilir. Mətbəxin fasadları Alvic və Egger şirkətlərinə məxsus olan materiallardan istifadə olunub. . Üst dolablar ağac teksturalı, alt dolablar isə, beton teksturalı fasadlardır. Bu fasadlar möhkəm və nəcibdir. Onlar ağcaqayın, palıd, qoz, kül, albalı, armud, ekzotik növlərdən hazırlanır. Gördüyünüz bu Mətbəx tavana qədərdir, yarım ada sayılır. İstifadə etdiyimiz materiallar yüksək keyfiyyətli, zərbəyə davamlı, ekoloji, bununla yanaşı, ənənəvi və zəngin görünür. Mətbəx mebelinə təsir edən əsas şərtlərdən biri dəzgahlıqdır. Dəzgahlıq önlük hissəsində istifadə edilmiş. Mərmərlər isə “Corian” şirkətinə məxsusdur. Mükəmməl bir üslubda olan bu metbex mebeli özünü cəlbedici bir diqqət mərkəzinə həsr edərək bir boşluğu tamamlaya bilər.