LAYİHƏLƏRİMİZ

Ü.Hacıbəyli Layihəsi

"Ü. Hacıbəyli"də bütün mebelləri "German Studio" tərəfindən təhvil verdiymiz açar təslim layihəmizin fotolarını təqdim edirik.
Giriş zalının funksional və estetik baxımdan harmonik görünməsi üçün zərif və modern üsluba üstünlük verilib. Zalın ümumi dizaynında açıq tonlar əsas götürülərək, məkanın geniş və işıqlı görünməsi təmin edilib.
Tavanadək uzanan açıq rəngli dolab həm estetik, həm də praktik cəhətdən dizayn edilib. Bu dolab qonaq qarşılamadan əvvəl geyim və ayaqqabı saxlamaq üçün geniş yer təmin edir. Minimalist xəttləri və yüngül tonları məkanın sakit və təmiz görünüşünü qoruyur.
Məkanda quraşdırılan tünd tonlu, güzgülü konsol, həm dekorativ element kimi çıxış edir, həm də gündəlik istifadə üçün əlavə səth yaradır. Konsolun ön hissəsi güzgü panellərlə örtülərək, məkana dərinlik və işıq əks etdiriciliyi əlavə olunur. Eyni zamanda, bu hissədə tətbiq olunan dekorativ üzləmə işləmələri dizayna incəlik və vizual dinamika qatır.
Ümumilikdə, bu mebel seçimi sadəlik, funksionallıq və zərifliyi bir araya gətirərək, giriş məkanının qarşılayıcı və eleqant görünməsini təmin edir.
Qonaq otağı üçün nəzərdə tutulmuş TV stend mebeli, tünd və açıq tonların zərif birləşməsi ilə hazırlanaraq məkanda həm vizual kontrast, həm də harmoniya yaradıb.
Mebelin bir hissəsində yer alan açıq rəf modulu dekorativ əşyalar üçün ideal vitrin funksiyası daşıyır. Şüşə panellərlə işlənmiş və LED işıqlandırma ilə tamamlanmış hissələr isə şərab şüşələri və bokallar üçün xüsusi olaraq dizayn edilmiş praktik saxlama mexanizmi ilə təchiz olunub.
Layihənin digər önəmli detalı — qapı ilə birləşdirilmiş arka üzləmə panelidir. Bu detal həm məkanın vizual bütövlüyünü qoruyur, həm də dizaynda davamlılıq yaradır.
Dizayn etdiyimiz mebel yalnız televizor stendi funksiyasını deyil, həm də zövqlü bir dekor elementini yerinə yetirir.
Qonaq otağının əsas diqqət mərkəzində yer alan üzəri keramoqranit materialından hazırlanmış, tünd tonlarda masa seçilib. Yüksək davamlılıq və estetik görünüşü ilə seçilən bu masa, həm funksional, həm də dekorativ cəhətdən məkanın xarakterini ön plana çıxarır.
Masaya vizual dəstək verən arxa fonda isə divar üzərində dekorativ işləmələr yer alır. Bu elementlər ümumi dizayna dərinlik və zövqlü bir ritm qataraq, qonaq otağını daha fərqli və seçilən bir atmosferə çevirir.
Mətbəx layihəsində açıq tonlara üstünlük verilməklə, məkanın işıqlı və geniş görünməsi təmin olunub. Tavana qədər dizayn edilən mebel modulları maksimal saxlama imkanı yaradır və mətbəxin səliqəli görünüşünü qoruyur.
Dəzgah səthi “Miracle Stone” kvars kolleksiyasına məxsusdur. Bu material həm dayanıqlı, həm də estetik cəhətdən diqqətçəkicidir.
Mətbəxin mərkəzində isə masaya bitişik formada dizayn edilmiş ada yerləşir. Ada həm hazırlıq sahəsi, həm də gündəlik istifadəyə uyğun masa funksiyasını yerinə yetirir.
Bundan əlavə, adada şərab saxlamaq üçün xüsusi bölmə də nəzərdə tutulub – bu da funksionallığa incə bir toxunuş əlavə edir.
Şüşəli hissələrdə yerləşdirilən LED işıqlandırma sistemi isə mətbəxə dərinlik və eleqant atmosfer bəxş edir.
Layihədə açıq və tünd rəng palitrasının sintezi ilə həm sakitləşdirici, həm də zərif bir yataq otağı atmosferi yaradılıb.
Güzgülü makiyaj masası, yan hissədəki LED işıqlandırmalı divar üzləməsi ilə tamamlanaraq, istifadə rahatlığı və estetik görünüşü bir arada təqdim edir. Bu element, gündəlik baxım üçün funksional olmaqla yanaşı, otağa eleqant bir toxunuş qatır.
Çarpayı ilə üzbəüz yerləşdirilən tünd tonlu dekorativ divar üzləməsi isə otağın vizual balansını qoruyur və dizayna dərinlik gətirir. Bu səth məkanın fokus nöqtəsi kimi çıxış edir.
Oğlan otağı üçün tünd tonlarla taxta teksturanın harmoniyası yaradılaraq güclü və modern görünüş formalaşdırılıb. Seçilmiş materiallar həm davamlılıq, həm də interyerdə təbii bir istilik hissi yaradır.
Otaqda tavana qədər dizayn edilmiş dolab geniş saxlama sahəsi təqdim edir və məkandan maksimum istifadə imkanı verir. İnteqrasiya olunmuş yazı masası, həm dərs, həm də gündəlik fəaliyyətlər üçün rahat və funksional bir sahə təmin edir.
Çarpayının arxa hissəsində yerləşən dekorativ divar üzləməsi isə otağa xarakter və vizual dinamika əlavə edir. Bu dekor elementi, mebel kompozisiyasını tamamlayaraq dizayna dərinlik və balans qatır.
Açıq tonların yumuşaqlığı və zərif xətlərin harmoniyası ilə qız otağı üçün rahat, işıqlı və funksional bir məkan yaradılıb.
Otaqda tavana qədər dizayn edilmiş geniş dolab və tavana qədər saxlama sahəsi olan yazı masası yer alır. Bu həllər sayəsində həm geyim, həm də məktəb ləvazimatları üçün geniş, səliqəli saxlama imkanı təmin olunur.
Layihənin əsas diqqətçəkən detallarından biri isə kiçik, lakin kompakt makiyaj masasıdır. Güzgülü və LED işıqlandırmalı bu masa, həm gündəlik istifadə üçün rahatlıq yaradır, həm də otağın estetik görünüşünü tamamlayır.
Makiyaj masasının yan hissəsində yerləşdirilmiş dekorativ divar üzləməsi isə dizayna dərinlik və zərif vizual toxunuş qatır.
Modern və zərif görünüşə malik tünd tonda, tavana qədər uzanan mebel sistemi ilə həm estetik, həm də maksimal istifadə rahatlığı təmin olunub.
Paltaryuyan və paltar qurudan cihazlar şaquli şəkildə – birinin digərinin üzərində yerləşdirilərək həm yerə qənaət edilib, həm də istifadə rahatlaşdırılıb.
Layihədə daxili ütü masası dizaynı da nəzərə alınıb, bu da gündəlik işləri daha praktik və səliqəli şəkildə həll etməyə imkan yaradır.
Məkan kiçik olsa belə, düzgün planlama və mebel seçimi ilə həm funksionallıq, həm də vizual ahəng əldə edilir.
Bu layihə “German Studio”nun funksional dizayna verdiyi dəyərin bariz nümunəsidir.