LAYİHƏLƏRİMİZ

Ü.Hacıbəyli Layihəsi

Bu gün sizinlə “Ü.Hacıbəyli”də təhvil verdiyimiz layihəmizin fotolarını bölüşəcəyik.

Müştərimizin seçimi əsasında mətbəx mebeli neoklassik üslubda dizayn edilmişdir.

Neoklassik üslub klassik və texniki tərəqqinin xüsusiyyətlərini məharətlə birləşdirir. Bu qədimlik və dəbdəbə, müasir şəkildə yenidən işlənmişdir.

Mətbəx mebelindəki fasadlar MDF Boya materialındandır. Ral 7047 Əlavə edilmiş ağac teksturası isə mebeli daha da ecazkar etmişdir. Mebeldə qabarıq işləmələr diqqəti özünə cəlb edir. Əlavə edilmiş ağ işıqlandırma isə seçilmiş tonları daha da vurğulamağa kömək etmişdir.

Mexanizm və furnitura Alman firmalarına məxsusdur.

 

Daxili qapılar interyerin mühüm elementidir. Qapı mənzildə estetika tarazlığını bərpa etməyə və harmoniya yaratmağa kömək edir.

Müştərimizin istəyi əsasında qapılar xüsusi olaraq ağ rəngdə dizayn edilmişdir. Seçilmiş rəng mənzilin ümumi interyerini tamamlayaraq vurğu əlavə edib. Material şam ağacı və MDF üzəri boyadır.

Kiçik ama vacib detallardan hesab edilən tutacaqlar isə ağ rəng ilə uyğunluq yaradan gümüşü tonda seçilmişdir.