"Grand Plaza" layihəmizdəki mebellərin fotolarını təqdim edirik.
Zərif, təmiz və sadə xətlərin harmoniyası
Müasir dizaynı funksionallıqla birləşdirən bu mətbəxin mərkəzində geniş və rahat ada yerləşir. Minimal görünüş qorunmaqla, hər detal gündəlik istifadə rahatlığı nəzərə alınaraq düşünülüb.
Blum Revego mexanizmi istifadə olunmadıqda mebelin içində tamamilə gizlənən, ehtiyac yarandıqda isə qapıların yanlara doğru yığılaraq geniş və rahat keçid açmasına imkan verən praktik sistemdir. Beləliklə, mətbəxdə həm estetik görünüş, həm də maksimum funksionallıq təmin olunur.
Ada hissəsində "Miracle Stone" keramoqranit seriyasından dəzgah davamlı, estetik və müasir görünüşü ilə layihəyə xüsusi tamamlanmış görüntü qazandırır.
Təhvil verdiyimiz bu qarderob mebelləri açıq və qapalı qapılı olmaqla həm də yüksək funksionallıq təqdim edir. Daxili işıqlandırma əşyaların daha rahat seçilməsinə imkan yaradır, geniş iç həcm isə geyim və şəxsi əşyaların səliqəli şəkildə yerləşdirilməsi üçün kifayət qədər saxlama sahəsi təmin edir. Məkana uyğun seçilmiş rəng və dizayn detalları isə qarderobun interyerlə bütöv və estetik görünüş yaratmasına kömək edir.
Bu layihədə hər detalı funksionallıq üçün düşünülüb.