LAYİHƏLƏRİMİZ

Grand Həyat Layihəsi

“Grand Həyat”-da təhvil verdiyimiz layihədə Sifarişçinin əsas istəyi, sahədən maksimum səmərəli istifadə edərək, funksional və praktik mətbəx mebelinə sahib olmaq idi. Professional dizaynerlərimiz, hətta kiçik ölçülü bir sahəni sifarişçinin ehtiyac və istəklərini nəzərə alaraq ideal tərtib ediblər. Künc mətbəx mebeli mətbəx məkanını daha əlverişli və optimal istifadə etməsinə icazə verir. Mətbəxin istehsalında, Avstriya və Almaniya istehsalı materiallardan, dəzgahlıq hissəsində isə korian mərmərdən istifadə olunmuşdur.