LAYİHƏLƏRİMİZ

Grand Həyat Layihəsi

Bu dəfə Sizə, “Grand Hayat”-a təhvil verdiyimiz rahat və sadə mətbəx layihəsini təqdim edirik.
Layihənin tərtibində əsas məqsəd sahədən maksimum səmərəli istifadə edərək, funksional və praktik bir mətbəx mebelini əldə etmək idi. Həmişə aktual olan künc mətbəxi yığcamlıq və praktikliyi ilə fərqlənir. Geniş dolablar və ağıllı furnitura, məişət əşya və həmçinin mətbəx ləvazimatlarını əlavə yer tələb etmədən yerləşdirməsinə icazə verir. Linea formalı qulplar dizayna xüsusi gözəllik qataraq, interyeri səliqəli və lakonik edir. Uğurlu rəng kombinasiyası layihəni ideal tamamlayır.