LAYİHƏLƏRİMİZ

Grand Hayat Layihəsi


Bu gün sizinlə "Grand Hayat" layihəmizin mətbəx mebelinin şəkillərini bölüşəcəyik.
Mətbəx mebeli modern üslubda dizayn edilmişdir. Bu müasir mətbəx, tavana qədər uzanan dizaynı ilə sizi heyran edəcək. Tünd tonda hazırlanmış mebel zərifliyi və müasirliyi bir araya gətirərək məkana şıklıq qatır.
Tavana qədər uzanan mebel, mətbəxin görünümünü vizual olaraq genişləndirir, iş və saxlama sahəsini artırır.
Mebeldə istifadə edilmiş dəzgahlıq “Miracle Stone” kolleksiyasına məxsus keramoqranit materialındandır. Keramoqranit materialı yüksək davamlılığı, suya və ləkələrə qarşı müqaviməti ilə seçilir. Bu, mebelin uzun müddət ərzində estetik görünüşünü qorumasına imkan tanıyır. Eyni zamanda, geniş dizayn və rəng seçimləri ilə hər bir interyerə uyğunlaşma imkanı verir.
Ada, mətbəxdə mərkəz rolunu oynayır. Geniş iş sahəsi, yemək hazırlığı üçün ideal bir mühit yaradır.
Adaya bitişik şərablıq, şərab butulkalarının rahat saxlanması üçün nəzərdə tutulmuşdur. Bu dizayn, həm funksionallığı, həm də estetik görünüşü ilə mətbəxinizə əlavə dəyər qatır. Şərablıq, mətbəx adasının bütün görünüşünü tamamlayaraq, müasir və şık bir atmosfer yaradır.
Ada ətrafında oturma sahəsi, mətbəxdə rahat vaxt keçirmək üçün mükəmməl seçimdir.
Mətbəx mebelində istifadə edilmiş furnitura Avstriya istehsalıdır.