LAYİHƏLƏRİMİZ

Glame Kolleksiyası

Show Room-da təqdim edəcəyimiz yeni kolleksiyamızdan olan “GLAME” mətbəx modelidir.
"German Studio" olaraq hər zaman fərqlilik axtarışındayıq. Yeni fasad dizaynları və fərqli birləşmələrə bir qədər də yaradıcı əlavələr edərək sizlər üçün yeni kolleksiyamızı yaratdıq.
"Glame" özündə qızılı və gümüşü çalarların, parlaq detallar və güzgülərin, dəbdəbəli fasad və təbii ağac fakturasının harmonik kombinasiyasını birləşdirməklə öz hekayəsini danışır. "Glame" - parıltı, cazibə, həyəcan deməkdir. Onun ilham mənbəyi lüksü sevən, amma ona bir qədər cazibə qatmaqdan da çəkinməyən insanlardır.
Keyfiyyətli texnika, funksional mexanizmlər, seçilmiş rənglərin ahəngdar birləşməsi, zərif işləmələr, dolab içi işıqlandırma “Glame” modelimizi tamamlayan detallardır.
Yeni kolleksiyamızla tanış olmaq üçün, sizi mağazamıza gözləyirik.