LAYİHƏLƏRİMİZ

Gənclik Layihəsi

Bu gün sizinlə “Gənclik layihəmiz”in fotolarını bölüşürük.
Sadə xətlər, maksimum saxlama imkanı və müasir dizayn – German Studio tərəfindən hazırlanan bu mətbəx mebeli, tavana qədər yüksələn quruluşu ilə həm sahəyə qənaət edir, həm də məkana estetik görünüş bəxş edir.
Tutacaqsız forması minimalist üslubu ön plana çıxarır və interyerdə səliqəli, zərif bir ab-hava yaradır.
Tavana qədər uzanan dolablar sayəsində mətbəxin hər qarışından maksimum şəkildə istifadə olunub, həm estetik, həm də funksional balans qorunub.
Dəzgah "Miracle Stone" kolleksiyasına məxsus kvars materialından hazırlanıb.
Bu material möhkəmliyi, cızılmalara və istiyə qarşı dayanıqlığı ilə seçilir. Ləkə tutmur, gigiyenikdir və təmizlənməsi son dərəcə asandır. Həm görünüş, həm də uzunömürlülük axtaranlar üçün ideal seçimdir.
Tavana qədər olmaqla dizayn edilən yazı masası yalnız işləmək üçün deyil, həm də funksional saxlama sahəsi ilə istifadə rahatlığı təmin edir. Açıq rəng palitrası və ağac teksturasının sintezi, məkanı vizual olaraq genişləndirir, işıqlı və rahat bir mühit yaradır.
Siz də interyerinizdə həm zəriflik, həm funksionallıq, həm də keyfiyyəti bir arada istəyirsinizsə – bizimlə əlaqə saxlayın və məkana uyğun fərdi dizayn təklifimizlə tanış olun!