LAYİHƏLƏRİMİZ

Elmlər Akademiyası Layihəsi

Sizə “Elmlər Akademiyası” ərazisində təhvil verdiyimiz layihəmizin fotolarını təqdim edirik.
Müasir dizayn edilmiş dolab yalnız saxlama sistemi deyil, həm də vacib bir daxili detaldır. Düzgün dizayn edilmiş dolabın köməyi ilə otağın həndəsəsindəki qüsurları gizlədə bilərsiniz.
Mənzildə yerə qəanət etmək istəyənlər üçün isə ideal həll tavana qədər olan dolab mebelidir. Bu sayədə həm saxlama sahəniz çoxalır, həm də tavan ilə dolab arasında boşluq olmadığı üçün orada toz yığılmır, bu da təmizliyi çox asanlaşdırır.
Ağ rəngdə seçilmiş dolab fasadı isə otağın ümumi daxili hissəsi ilə harmoniya yaratmışdır. Ağ rəng istənilən ölçülü dolab mebelini vizual olaraq daha böyük və geniş göstərməyə kömək edir.
Dolabın iç quruluşu isə tamamilə müştərinin istəkləri əsasında dizayn edilmişdir.
Otağın görünüşünü dəyişdirmək üçün qapını dəyişdirmək kifayətdir. Otaq qapıları otağın daxili hissəsində istənilən interyerdə mühim, funksional və dekorativ rol oynayır. Qapı mənzildə estetika tarazlığını bərpa etməyə və harmoniya yaratmağa kömək edir.
Rəng palitrasında ağ tonu aristokratiya, incəlik, təravət və təbiiliklə əlaqələndirilir. Bu baxımdan, ağ qapı quruluşu hər bir üslubun dizaynına mükəmməl uyğun gəlir. Qapı modeli üçün seçilmiş ağ rəng otağın sahəsini vizual olaraq artırır. Daxili qapıya bəzək verən isə tutacaqlardır. Tutacaqlar ağ rəng ilə daim uyğunluq yaradan gümüşü tonda seçilmişdir.
“German Studio”nun peşəkar dizayner komandası sizə xəyallarınızdakı mebeli yaratmaqda kömək edəcəkdir.