LAYİHƏLƏRİMİZ

Buzovna Bağ Evi Layihəsi

Əziz İzləyicilər, Sizə növbəti layihəmizi təqdim edirik. Layihə, hər zaman olduğu kimi, Sifarişçinin bütün istəklərini nəzərə alınaraq tərtib olunub. Mətbəx, Sifarişçinin istəyinə uyğun olaraq original və cəsarətli olan mavi rəngdə dizayn edilib. Bu rəng tonu sakitlik, əminlik və təhlükəsizlik hissi verir, düşüncələri qaydaya salmağa və aydınlaşdırmağa kömək edir.
Həmişə, keyfiyyət prioritetimiz olub. Məhz buna görə, istehsal zamanı yalnız yüksək keyfiyyətli Almaniya, Avstriya və İspaniya istehsalı olan materiallardan istifadə olunur. Bu layihə də istisna deyil. Mətbəxin istehsal zamanı yüksək keyfiyyətli MDF boya materialdan, dəzgahlıq və önlük hissəsində isə “DuPont” şirkətinə məxsus Corian və Montelli mərmərdən istifadə olunmuşdur.
Mavi rəngin ağ ilə ideal uzlaşması məkana xüsusi şarm qataraq, sahəyə rahatlaşdırıcı təsir göstərir.